Koronavirusun bir insana ikinci dəfə yoluxması mümkünsüzdür.
Bunu Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) mütəxəssisləri açıqlayıb.
Aparılan araşdırmalara əsasən, ikinci dəfə COVİD-19 virusuna yoluxduğu zənn edilən insanlardan götürülən testlər xətalı olub. İnsanların ikinci dəfə yoluxmasına dair verilən açıqlamalar buradan qaynaqlanıb. Araşdırmaçılar 277 koronavirusdan sağalan və ikinci dəfə yoluxduğu zənn edilən 277 xəstə üzərində aparılan analizlər zamanı bu nəticəyə gəlib.
"Sky News"un xəbərinə görə, koronavirusdan sağalanlarda ikinci dəfə test nəticəsinin pozitiv çıxması SARS-Cov-2 virusunun ölmüş hissəciklərinin orqanizmdə qalmasından qaynaqlanıb. Araşdırmaçıların fikrincə, ikinci testlər virusun canlı və ya ölü olduğunu müəyyən edə bilmir.
Son rəqəmlərə görə, Cənubi Koreyada 10 min 800 nəfər koronavirusa yoluxub, 252 nəfər dünyasını dəyişib. Bu da Ümumdünya Səhiyyə Təşkilatının bu ölkə üçün olan statistik ortalamasından olduqca aşağıdır.
Tehsil-press.az