Xəzər Universitetinin əməkdaşı Almaniyanın Tübingen Universitetində mühazirə oxuyub

Xəzər Universitetinin əməkdaşı Almaniyanın Tübingen Universitetində mühazirə oxuyub Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayev Almaniyanın Tübingen Universitetində Azərbaycanın xarici siyasəti mövzusunda mühazirə oxuyub.
Seminarda “Azərbaycanın balanslaşdırılmış çoxvektorlu xarici siyasəti”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin regional təhlükəsizliyə təsirləri”, “Azərbaycanın regional və xarici aktorlarla ikitərəfli münasibətləri”, “Şərq Tərəfdaşlığı və Avropa İttifaqı-Azərbaycan münasibətləri”, “Azərbaycanın enerji siyasəti” və “Beynəlxalq nəqliyyat dəhlizi olaraq Azərbaycanın rolu” mövzularında müzakirələr aparılıb.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər