Xəzər Universitetinin Psixologiya departamentinin tələbələri İngiltərənin “St. Mary’s Hospital” psixiatriya xəstəxanasının psixoloqu Ezgi Erik ilə “ZOOM” platformasında təşkil olunan vebinarda görüşüblər.
Vebinarda Türkiyə, İngiltərə və Azərbaycandakı psixiatriya xəstəxanalarının vəziyyəti, ən çox müşahidə olunan xəstəliklər, xəstələrlə baş verə biləcək fövqəladə vəziyyətdən çıxış yolları və COVID-19 pandemiyası zamanı iş rejimi haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, bakalavr və magistr dərəcəsini İngiltərənin Koventri Universitetində bitirən Ezgi Erik hazırda Middlesex Universitetində təhsil alır.
Tehsil-press.az