Azİİ Elektron Kitab Evi oxucularına onlayn xidmət göstərəcək

Azİİ Elektron Kitab Evi oxucularına onlayn xidmət göstərəcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evi oxucularına həm də onlayn xidmət göstərəcək.
Azİİ Elektron Kitab Evinin qeydiyyata düşmüş hər bir oxucusu onlara verilmiş istifadəçi adı və şifrə ilə sistemə daxil olaraq çap məhsulları və giriş imkanları mövcud olan beynəlxalq kitabxana və nəşriyyatların bazalarından faydalana biləcəklər. Belə ki, oxucunun kitab evinin bazasından seçdiyi və elektron variantı olan çap məhsulunun, beynəlxalq elektron resursların müəyyən bir həcmi müəllif hüquqlarının qorunması şərtilə tələbənin elektron poçtuna göndəriləcək. Qeyd edək ki, bu proses Azİİ Elektron Kitab Evinin ümumilikdə qeydiyyatdan keçən 5500-ə yaxın oxucusuna şamil edilir. Digər qeydiyyatdan keçməyən tələbələr isə [email protected] elektron ünvanına müraciət etməklə həmin xidmətlərdən qismən yararlana biləcəklər.
Həmçinin oxucular pandemiya dövründə Azİİ Elektron Kitab Evinin qoşulduğu beynəlxalq elektron bazaların bir çoxunun verdiyi evdən giriş imkanlarından yararlana biləcəklər. Oxucular www.elibrary.imf.org, Polpred.com, https://www.onepetro.org/ linkləri vasitəsilə həmin bazalara giriş edə biləcəklər. Digər nəşriyyat bazası olan EBSCO beynəlxalq elektron nəşriyyat bazasına isə iyunun 16-dan etibarən 3 aylıq evdən giriş imkanı (http://search.ebscohost.com) veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər