Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Azİİ Elektron Kitab Evi”nin oxucu-istifadəçilərinə Rusiyanın “Polpred.com” məlumat bazasından istifadə etmək imkanları yaradılıb.
“Polpred.com” Rusiyanın kütləvi informasiya vasitələrinin əsas nəşrlərinin arxividir və rus dilində olan ən böyük verilənlər bazalarından biridir. Bazada son 20 ildə informasiya agentliklərinin və işgüzar mətbuatın məqalələri, xüsusən Rusiyada və xaricdə neft, qaz və digər sosialyönümlü silsilə xəbərlər, 53 sənaye və 8 federal rayon haqqında 600 mənbə, yüksək vəzifəli şəxslərin müsahibələri və digər materiallar toplanıb.
”Polpred.com” kitab evinin bütün kompüterləri və daxili şəbəkələri açıqdır və buradan arxivlərə, Rusiyanın aparıcı kitabxanalarına daxil olmaq, materiallardan istifadə etmək pulsuzdur və vaxt məhdudiyyəti yoxdur.

Mətbuat Xidməti