ADNSU-da nadir nüsxələrdən ibarət kitab sərgisi təşkil edilib

ADNSU-da nadir nüsxələrdən ibarət kitab sərgisi təşkil edilib Yanvarın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində təhsil müəssisəsinin 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində kitab sərgisi təşkil olunub.
Sərgidə Azərbaycan, rus, alman, ingilis, fransız və s. dillərdə olan 129 miniatür və 200-ə yaxın kitab, o cümlədən nadir nüsxələr, əlyazmalar, ensiklopediyalar nümayiş etdirilir.
Tədbirdə Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova kitabxananın bazasında olan qədim və nadir nüsxələrin, qiymətli nəşrlərin qorunduğunu deyib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev sərgidəki kitabların dəyərli mənbə olduğunu vurğulayıb.
Sonra sərgiyə baxış keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər