“Azİİ Elektron Kitab Evi”ndə iqtisadiyyata aid yeni dərsliklərin təqdimatı olub

“Azİİ Elektron Kitab Evi”ndə iqtisadiyyata aid yeni dərsliklərin təqdimatı olub Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azİİ Elektron Kitab Evi”ndə iqtisadiyyat və menecment fakültəsinin (İMF) sənaye iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Qənimət Səfərovun və elmi katib, dosent Yetər Əliyevanın müəllifi olduqları “Statistika” kitabının, həmçinin İMF-nin dosenti Ağasəf İmranın, enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Qəzənfər Süleymanovun və İMF-nin dosenti Kamran İsayevin “İqtisadi informatika” adlı dərs vəsaitlərinin təqdimatı keçirilib.
Təqdimatda elm və texnika işləri üzrə prorektor Rauf Əliyarov, “Azİİ Elektron Kitab Evi”nin direktoru Səlahət Mahmudova, həmçinin İMF-nin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə iqtisadiyyat fakültəsinin tələbə və magistrantları üçün nəzərdə tutulan dərs vəsaitlərinin əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, “İqtisadi informatika” və “Statistika” dərsliklərində iqtisadiyyat elminin nəzəri əsasları, fənnin predmeti, metod və vəzifələri, statistika cədvəlləri və qrafikləri, mütləq və nisbi kəmiyyətlər və digər mövzular yer alıb.

ADNSU-nun Mətbuat Xidməti


“Azİİ Elektron Kitab Evi”ndə iqtisadiyyata aid yeni dərsliklərin təqdimatı olub

Oxşar xəbərlər