Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azİİ Elektron Kitab Evi”ndə “20 Yanvar - Ümumxalq Hüzn Günü” adlı kitab sərgisi təşkil olunub.
Tədbirdə “Azİİ Elektron Kitab Evi”nin direktoru Səlahət Mahmudova 20 Yanvar hadisələrindən danışıb. O, 20 Yanvarın tariximizin həm qanlı, həm də şanlı səhifəsi olduğunu bildirib. Ölkəmizin müstəqilliyinin şəhidlərin qanı bahasına əldə edildiyini deyən S.Mahmudova 20 Yanvar faciəsinin xalqımız tərəfindən heç zaman unudulmayacağını qeyd edib.
“Azİİ Elektron Kitab Evi”nin əməkdaşları Bahar Babayeva və Şəmsiyyə Mustafayeva azadlıq və müstəqillik naminə canlarından keçmiş şəhidlərin xatirəsinin daim əziz tutulduğunu vurğulayıblar.
Sərgidə 20 Yanvar hadisələrindən bəhs edən kitab, qəzet, jurnal və s. nümayiş olunub.

ADNSU-nun Mətbuat Xidməti