Dünyada koronavirusdan ölənlərin sayı 280 mini ötüb

Dünyada koronavirusdan ölənlərin sayı 280 mini ötüb Dünyada yeni növ koronavirusdan ölənlərin sayı 280 mini ötüb.
Bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometers" portalında bildirilib.
Məlumata əsasən, dünyada saat 06:30 üçün koronavirusa yoluxanların sayı 4 100 788 nəfərə çatıb. Koronavirusdan 280 432 nəfər ölüb, 1 441 478 nəfər isə sağalıb.
Bildirilir ki, ən çox koronavirusa yoluxma halları ABŞ (1 347 309), İspaniya (262 783), İtaliya (218 268), Böyük Britaniya (215 260) və Rusiyada (198 676) qeydə alınıb.
Ölüm saylarına görə də birinci pillədə ABŞ qərarlaşıb. Burada koronavirusdan 80 037 nəfər ölüb. Daha sonra ən çox ölüm halları Böyük Britaniyada (31 587), İtaliyada (30 395), İspaniyada (26 478) və Fransada (26 310) qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər