Burundi Prezidenti dünyasını dəyişdi

Burundi Prezidenti dünyasını dəyişdi Burundi Prezidenti Pyer Nkurunziza dünyasını dəyişib.
Onun 55 yaşı var idi. Siyasətçinin ölümünə səbəb ürəktutması olub.
Nkurunziza 2005-ci ildən ölkə başçısı postunu tuturdu. Onun prezidentlik müddəti avqust ayında başa çatacaqdı.
Qeyd edək ki, 2020-ci il mayın 20-də Burundidə prezident seçkiləri keçirilmişdi, lakin Nkurunziza öz namizədliyini irəli sürməmişdi. Seçkilərdə 68,72 % səslə hakim CNDD-FDD partiyasından namizəd Evarist Ndayşiyemiye qalib gəlmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər