Bu gün Azərbaycan Televiziyasının “Hədəf” verilişində Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycanda taxıl biçini mövsümü ilə bağlı qarşıda duran məsələləri müzakirə ediblər.
Qonaqlar Prezident İlham Əliyevin iyunun 3-də Ağcabədi rayonuna səfəri zamanı ölkə üzrə 1 milyon hektardan çox sahədə taxıl biçininə kütləvi start verilməsindən keçən müddət ərzində əldə olunan nəticələr, fermerlərin qayğıları, kənd təsərrüfatında səmərəliliyin artırılması üçün su təminatının yaxşılaşdırılmasından danışıblar. Verilişdə əkin sahələrinin yanması nəticəsində fermerlərə dəyən zərərin hesablanması, biçin sahələrində təbii yanğının baş vermə ehtimalları təhlil olunub və yanğın hadisələrinin 90 faizinin insanların məsuliyyətsizliyindən baş verdiyi qeyd edilib.
Müsahiblər Azərbaycanda aqrar sektorun inkişaf perspektivlərini ətraflı müzakirə edib və müvafiq dövlət qurumlarının bu sahədə qarşılıqlı əlaqəsindən söz açıblar.
Sonda ölkə ərazisində meşə və taxıl sahələrinin yandırılması, həmçinin sudan qənaətlə istifadə edilməsi ilə bağlı mübarizə istiqamətində maarifləndirmə işlərinin aparılmasının vacibliyi xüsusi vurğulanıb.
Tehsil-press.az