On min ədəddən çox çətənə kolu məhv edilib

On min ədəddən çox çətənə kolu məhv edilib Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının Zaqatala dövlət təbiət qoruğunun əməkdaşları ilə birgə “Qaraçay” adlanan ərazidə keçirdikləri tədbirlərlə oradan yabanı halda bitmiş çəkisi 2,1 tondan artıq olan 4154 ədəd çətənə kolu aşkar edilib.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Keçili kəndi ərazisində yabanı halda bitmiş 4600 ədəd çətənə kolu aşkarlanıb.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Tatalılar kəndi ərazisində yabanı halda bitmiş 1780 ədəd çətənə kolu aşkar olunub.
Aşkarlanan çətənə kolları yandırılaraq məhv edilib.

Tehsil-press.az

Oxşar xəbərlər