Moskva küçələri su altında qaldı - Video

Moskva küçələri su altında qaldı - Video Rusiyanın paytaxtı Moskvada güclü yağış və tufan ciddi fəsadlara yol açıb.
Təbiət hadisəsi nəticəsində 30-dan çox avtomobil yolu və iki piyada keçidi su altında qalıb.
Gün ərzində Rusiya paytaxtında aylıq normanın 70 faizi qədər yağıntı qeydə alınıb. Nəticədə yollar və piyada keçidləri su altında qalıb. Belə ki, Moskvanın Varşava şosesini, Vernardskoe və Miçurinskoe prospektlərini və ətraf küçələri su basdığından avtomobillərin hərəkəti çətinləşib, bir çox küçə və həyətlərdə maşınlar su altında qalıb. Varşava şosesində yeraltı keçidi tamamilə su basıb. Bir neçə yerdə torpaq çökməsi qeydə alınıb, 10-dan çox ağac aşıb.



Tehsil-press.az

Oxşar xəbərlər