Soçidən dəhşətli görüntülər - Video

Soçidən dəhşətli görüntülər - Video Rusiyanın kurort şəhəri Soçi leysan yağışlarından sonra blokadaya düşüb.
Güclü yağıntılar şəhərdə və ətraf rayonlarda həyatı iflic edib.
Təbii fəlakət nəticəsində küçələri su basıb, bəzi bölgələr elektriksiz qalıb. Altı min insanın yaşadığı 3 rayonda 1,7 min evi su basıb, 300-dən çox sakin evakuasiya edilib.
Əlverişsiz hava şəraiti dəmiryol vağzalına da təsirsiz ötüşməyib. Belə ki, 18 sərnişin qatarında gecikmə baş verib.



Tehsil-press.az

Oxşar xəbərlər