Xəzər Universitetinə virtual infotur təşkil olunub

Xəzər Universitetinə virtual infotur təşkil olunub “Facebook” sosial şəbəkəsi vasitəsilə Xəzər Universitetinə virtual infotur təşkil olunub. Tədbir “Azərbaycan universitetlərinə virtual infotur” layihəsi çərçivəsində Bakı şəhəri üzrə Təhsil İdarəsi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Xəzər Universitetinin təsisçi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və işçi qrupun rəhbəri professor Fuad Rəsulov universitet barədə məlumat veriblər və gəncləri maraqlandıran sualları cavablandırıblar.
Canlı yayımı Azərbaycanın müxtəlif bölgələrindən min nəfərdən çox valideyn və abituriyent izləyib.
Bu tədbirin keçirilməsində məqsəd abituriyentlərin ixtisas və universitet seçimlərinə kömək göstərmək və onları Xəzər Universitetində yaradılan şərait və imkanlarla tanış etmək olub. Virtual infotur “YouTube” kanalında da yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər