Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə musiqili kompozisiya hazırlayıb.
Mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Rəqsanə Əsədovanın və Aslan Əzimzadənin ifasında “Zəfər marşı”, solist Firavan Əlizadənin ifasında “Azərbaycan” mahnısı səsləndirilib.
Qeyd edilib ki, musiqili kompozisiya BDU TV ilə birlikdə hazırlanıb.
Tehsil-press.az