Gömrük Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş onlayn kompozisiya təqdim edilib

Gömrük Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş onlayn kompozisiya təqdim edilib Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri tərəfindən 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn videokompozisiya hazırlanıb.
Onlayn kompozisiyada 1993-cü il iyunun 15-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizi parçalanmaqdan xilas etməsi əksini tapıb. Bugünkü müasir, müstəqil Azərbaycanın memarı, ulu öndər, böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu və onun tarixdəki silinməz yeri bir daha vurğulanıb.
Kompozisiyada tələbələrin ifasında mahnı və şeirlər səsləndirilib, Akademiyanın rəqs və xor qruplarının ifaları təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər