Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb.
Mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Rəqsanə Əsədova və Aslan Əzimzadənin ifasında “Deyirəm, uşaqlar heç ağlamasın” mahnısı və Jurnalistika fakültəsinin tələbəsi Rəşad İmanov və Hüquq fakültəsinin tələbəsi Firavan Əlizadənin təqdimatında “Körpə gülüşü - Sevinc Himni” adlı kompozisiya səsləndirilib.
Qeyd edilib ki, kompozisiyanın ideya və mətn müəllifi universitetin əməkdaşı Nigar Qayyumdur. Ədəbi-musiqili kompozisiya BDU TV-nin texniki dəstəyi ilə hazırlanıb.
Tehsil-press.az