Tələbələrin yerdəyişməsi iyul-avqustda da davam edəcək

Tələbələrin yerdəyişməsi iyul-avqustda da davam edəcək Tələbələrin eyni tədris müəssisəsi daxilində ixtisasını və ya təhsil formasını dəyişməsi, eləcə də bir tədris müəssisəsindən digərinə köçürülməsi və tələbələr sırasından xaric edilmiş şəxslərin tələbələr sırasına bərpası prosesi ənənəyə uyğun olaraq iyul-avqust aylarında davam etdiriləcək.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. Bildirib ki, bu, onlayn prosesdir və iyul-avqust aylarında davam baş tutması planlaşdırılır: “Yaxın zamanda proseslə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, sözügedən proses ildə iki dəfə qış və yay tətilləri dövründə aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər