Ancelina Coli müəllimə olur

Ancelina Coli müəllimə olur Yeni vəzifə aktrisanın ürəyincə olub.

Dünya şöhrətli aktrisa, səfir, BMT-nin miqrantlar və qadın hüquqları üzrə müdafiəçisi Ancelina Coli London İqtisadiyyat Məktəbində qadınlara müharibənin təsiri haqqında dərs deməyə başlayacaq. Tehsil-press.az-ın məlumatına görə, aktrisa məktəbə dəvət edilmiş müəllimə kimi dərs keçəcək.
“Bu proqramın yaradılması məni çox ruhlandırdı”,- deyə Coli öz yeni vəzifəsi haqqında danışarkən bildirib.
“Qadın hüquqlarının müdafiəsi haqqında diskusiyaları genişləndirmək, qadınlara qarşı törədilən-cinsi zorakılıq kimi cinayətlərin cəzasız qalmasına son qoymaq lazımdır”.
Ancelina Coli müəllimə olur
London İqtisadiyyat Məktəbi
London İqtisadiyyat Məktəbindən verilən məlumata görə, kursa informasiya dəstəyini qadın hüquqları mərkəzi verir. Sülh və təhlükəsizliyə əsaslanan proqramda Coli ilə bərabər Böyük Britaniyanın keçmiş xarici işlər naziri Vilyam Heyq da iştirak edir.
Ancelina Colinin ayaqları fanatlarını dəhşətə gətirib
2012-ci ildən bu yana aktrisa və siyasətçi birlikdə münaqişə zonalarında qadınlara qarşı cinsi zorakılığın qarşının alınması üçün kampaniya keçirir. Heyq də aktrisa kimi London məktbində dəvət edilmiş müəllim kimi dərs deyəcək.
2011-ci ildə Coli “In the Land of Blood and Honey” filminin rejissoruna bosniyalı bir qadının müharibə zamanı çəkdiyi əzablardan bəhs etmiş və filmdə bunun əsasında lentə alınıb.
Beynəlxalq humanitar təşkilatların hesablamaların görə, münaqişələr zamanı 20 min qadın əsgərlər tərəfindən zorlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər