Azərbaycanda su ehtiyatları problemi tədqiq olunur

Azərbaycanda su ehtiyatları problemi tədqiq olunur AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan çaylarında suyun azalması, ölkədə su ehtiyatları problemi tədqiq olunur.
Coğrafiyaşünas alim bildirib ki, transsərhəd çaylarından istifadə üzrə heç bir beynəlxalq konvensiyaya qoşulmayan və öhdəlik daşımayan qonşu Gürcüstan ərazisindən gələn Kür çayının suyu 25 faiz azalıb. Bundan əlavə, Azərbaycan ərazisində yağıntının və buzlaq sularının səviyyəsinin 2 dəfə aşağı düşməsi çayların suyunun azalmasına səbəb olub.
Alim, həmçinin Kürdə yaranmış vəziyyəti düzəltmək üçün çayın deltasında yığılıb qalmış lilin təmizlənməsini vacib hesab edib. O, Azərbaycanda su probleminin həllində qənaətcilliyin mühüm rol oynadığını deyib. M.Həsənov işlənmiş suyun emalından sonra onun təkrar istifadəsini, yağış, qar sularının navalçalar vasitəsilə toplanaraq suvarmada və digər məqsədlərlə istifadəsini, evlərə gələn suyun boşuna axıdılmasına yol verilməməsini çıxış yolu kimi gördüyünü qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər