
2003-cü ildə xalqın etimadı ilə Prezident seçilən İlham Əliyev dövlət idarəçiliyi, iqtisadiyyat, sosial sfera, diplomatiya və mədəniyyət sahələrində əhatəli islahatlara start verdi. Neft strategiyasını qeyri-neft sektoru ilə balansladı, yoxsulluq 44 faizdən 5 faizə endirildi.
Modern infrastruktur, yollar, sərhəd-keçid məntəqələri, havalimanları istifadəyə verildi. Regionların sosial-iqtisadi inkişafi proqramı 4 mərhələdə icra olundu. Xarici siyasətdə balans qorundu, Azərbaycan çevik və prinsipial siyasət aparan ölkəyə çevrildi.
Regionçuluq faktoru tam aradan qaldırıldı
Uzun illər Azərbaycan siyasətində gözə dəyən regionçuluq faktoru Prezident İlham Əliyevin qətiyyətli kadr siyasəti ilə aradan qaldırıldı. Yüksək çinli dövlət məmurları Azərbaycanın fərqli regionlarından seçilir, vəzifəyə təyinatlarda peşəkarlıq yeganə meyar kimi dayanır. Prezidentin “kimliyiniz deyil, bilik və bacarığınız önəmlidir” prinsipi bu siyasətin möhkəm bazasıdır. Dövlət qulluqçularının müəyyən qisminin gənclərdən ibarət olması bu sıraların yeni ruhda formalaşdığını göstərir.
Korrupsiya bulaşmış məmur yoxdur
Azərbaycanda korrupsiyayla mübarizə dəqiq və sərtdir. Bu siyasətin quru bəyanat olmadığı faktlarla təsdiqlənir. Onlarla icra başçısı, idarə rəhbəri vəzifəsindən uzaqlaşdırılıb, bəziləri məhkəmə hökmləri ilə cəzalandırılıb. “ASAN xidmət”, “DOST”, “e-satqı”, “e-vergi” kimi rəqəmsal platformalar rüşvət hallarnı müşkülləşdirib. Yeni məmur ordusu formalaşır. Səriştəli, gənc, xaricdə təhsil almış kadrlar dövlət idarəçiliyində yer alır. Cəmiyyətdə “toxunulmaz məmur” stereotipi səhv anlayış kimi qəbul olunur.
İlham Əliyevin övladlarının fəaliyyəti: millilik, dövlətçilik və tarixə sayğı
Heydər Əliyev Fondu Azərbaycanın tarixi və mədəniyyətinin dünyada tanıdılması istiqamətində mühüm layihələr həyata keçirir. Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası və bu kontekstdə təşkil olunan beynəlxalq tədbirlər Azərbaycanın haqlı mövqeyini qlobal müstəviyə çıxarıb.
Arzu Əliyevanın rəhbərliyi ilə Cümhuriyyət dövrünün liderlərinin irsinin tanıdılması və tarixi yaddaşın möhkəmləndirilməsi istiqamətində görülən işlər də bu siyasətin bir hissəsidir. Bu fəaliyyətlər milli kimliyi gücləndirir, vətəndaşlarda dövlətçilik və millətçilik hissini artırır.
Bu, həm də məmur övladlarına bir örnək kimi göstəriləcək çox yüksək milli, mənəvi keyfiyyətlərdir.
Qarabağ zəfəri, ərazi bütövlüyünün bərpası
2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi. Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı və digər bölgələr Ermənistan işğalından azad olundu. Prezident İlham Əliyev həm siyasi, həm diplomatik, həm də hərbi sahədə koordinasiyalı və uğurlu liderlik nümayiş etdirdi. Bu zəfər həm də milli qürur və beynəlxalq ədalət zəfəri kimi tarixə yazıldı.
Təhsil və gənclərin intellektual yüksəlişi
Azərbaycanda ali təhsil müəssisələrində şəffaflıq artıb, rüşvət halları minimuma enib və beynəlxalq əməkdaşlıqlar genişlənib. Dövlət Proqramları çərçivəsində minlərlə tələbə dünyanın aparıcı universitetlərində təhsil alır. Gənclər artıq qlobal texnologiya və diplomatiya platformalarında ölkəni təmsil edirlər. Azərbaycanın gələcəyi bilikli və vətənpərvər nəsillərin əllərində formalaşır.
Milli istehsal və yerli kadr strategiyası
“Made in Azerbaijan” brendi altında məhsullar artıq 30-dan çox ölkəyə ixrac olunur. Qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı və sənaye sahəsində ciddi artım qeydə alınıb. Dövlət, özəl sektorla bərabər, yerli kadrlara üstünlük verərək iqtisadi dayanıqlığı möhkəmləndirir. Yeni kadr siyasəti Azərbaycanın insan kapitalını gücləndirir.
44 günün əsgəri, Azərbaycan hərbinin nümunəsi
Azərbaycan əsgəri 44 gün ərzində həm döyüş meydanında, həm informasiya cəbhəsində parlaq qələbə qazandı. PUA və yüksək texnologiyalı silah sistemlərinin istifadəsi müasir döyüş modelinin simvoluna çevrildi. Komandanlıq və siyasi rəhbərlik arasında ahəngin olması uğurun əsas açarı idi. Bu təcrübə artıq beynəlxalq hərbi akademiyalarda öyrənilir.
Sabitlik, daxili təhlükəsizlik
Azərbaycan daxili sabitlik baxımından regionun ən güvənli ölkələrindəndir. Sosial-iqtisadi rifah, siyasi idarəçilik və ictimai etimad bu sabitliyin əsas sütunlarıdır. Qonşu ölkələrdəki qarışıqlıqlar fonunda Azərbaycanın sakit inkişaf kursu diqqət çəkir. Bu sabitlik xarici sərmayəçilər üçün də ciddi inam yaradır.
Media, diplomatiya və hərbin inteqrasiyası
Azərbaycan informasiya müharibəsində media, diplomatiya və ordu arasında sinxronlaşdırılmış strategiya ilə çıxış edir. Qlobal Media Forumu kimi tədbirlər, diplomatik uğurlar və hərbi güc bir-birini tamamlayır. Prezidentin “yumşaq güc” siyasəti medianın beynəlxalq aləmdə daha səmərəli fəaliyyətinə şərait yaradır. Azərbaycan artıq informasiya savaşında da qalib mövqedədir.
COP29 və beynəlxalq mötəbərlik
COP29 kimi qlobal əhəmiyyətli tədbirin Bakıda keçirilməsi Azərbaycanın ekoloji siyasətdə etibarlı tərəfdaş olduğunu sübut edir. Bu tədbir ölkənin təşkilatçılıq qabiliyyətini, qlobal diplomatik şəbəkəsini və liderliyini nümayiş etdirir. İdman, mədəniyyət və iqtisadi forumların Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir. Azərbaycan artıq qlobal gündəmin mərkəzində duran ölkələrdəndir.
İran, Rusiya, Fransa və Çinlə münasibətlər
İlham Əliyevin liderliyi ilə Azərbaycan İranla balanslı siyasət quraraq qarşılıqlı hörmətə əsaslanan münasibətlər sisteminə keçid etdi. İllərlə Azərbaycana düşmənçilik eeən İran indi dostluq xəttini tutub.
Rusiya ilə münasibətlər strateji tərəfdaşlıq çərçivəsində davam etdirilsə də, Azərbaycanın suveren mövqeyi daim qorunur. Hətta Azərbayccan tarixində ilk dəfə Rusiyaya həddi göstərilir.
Fransa ilə diplomatik qarşıdurmalarda Azərbaycan prinsipial mövqedən geri çəkilməyib. Çinlə əməkdaşlıq xüsusilə logistika, enerji və texnologiya sahələrində sürətlə inkişaf edir.
Zəngəzur dəhlizi, strateji dəyişiklik
Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi xəritəsində yeni nəfəsdir. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasında logistik əlaqəni təmin edəcək, regionda əməkdaşlığı gücləndirəcək. Ermənistanın müqavimətinə baxmayaraq, layihə artıq beynəlxalq dəstək qazanıb. Bu dəhliz iqtisadi səmərəli layihə olmaqla yanaşıl, həm də sülh layihəsi kimi təqdim edilir, qəbul olunur.
Tramp, Putin və qlobal liderlərin qəbul etdiyi reallıq
ABŞ prezidenti Donald Trampın İlham Əliyevlə bağlı paylaşımı, Rusiyanın mövqeyi və Çinin strateji əməkdaşlığı Azərbaycanın yaratdığı reallığın təsdiqidir. Bu reallıq artıq qəbul olunub və hesablaşma obyektidir. Azərbaycanın öz suveren qərarlarını qəbul etməsi dünya gücləri tərəfindən tanınır. İlham Əliyev diplomatik balans və milli maraqların müdafiəsi arasında incə xətti qorumağı bacarıb.
Şuşa Bəyannaməsi, Türkiyə ilə doğma qardaşlıq
2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlanğıcı oldu. Sənəd hərbi, siyasi və iqtisadi inteqrasiyanı təmin edir. Bu bəyannamə regionda yeni güc balansı yaradıb. Azərbaycan və Türkiyə artıq bir-birinə strateji dayaqlardır.
Sülh və gələcək, İlham Əliyev modelinin sabitliyi
Prezident İlham Əliyevin formalaşdırdığı idarəçilik modeli Azərbaycanın suveren, güclü və nüfuzlu dövlətə çevrilməsini təmin edib. Bu modelin əsasları sabitlik, inkişaf, diplomatik çeviklik və milli iradəyə bağlılıqdır.
İlham Əliyevin yaratdığı sistem sülhdür, gələcəyin Azərbaycanıdır. Daxili məsələləri milli, dövlətçilik xətti üzərində nizamlamaqla, diplomatiya və xarici siyasətdə böyük uğurlar İlham Əliyevin yaratdığı gerçəkliklərdir.
Avqustun 8-də məhz İlham Əliyevin yaratdığı gerçəkliklər nəticəsində ABŞ kimi nəhəng ölkə Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinə ev sahibliyi etmək istəyir.
Və elə burada mütləq xatırlamalıyıq. Xatırlatmalıyıq və bəyan etməliyik, Prezident İlham Əliyevin "biz nə vaxt nəyi edəcəyimizi yaxşı bilirik" bəyanatı hər gün öz təsdiqinə möhür vurur.
Tehsil-press.az