Azərbaycan və Türkiyənin bölgədə artan rolu Rusiyada narahatlıq yaradır – Pinçukun təhlili

Azərbaycan və Türkiyənin bölgədə artan rolu Rusiyada narahatlıq yaradır – Pinçukun təhlili Cənubi Qafqaz gündəminə nəzarətin olmaması Rusiya üçün uzunmüddətli nəticələrə səbəb olacaq.

Bu fikri “Tsargrad” portalının siyasi şərhçisi, siyasi elmlər doktoru Andrey Pinçuk səsləndirib.

O qeyd edib ki, Türkiyə artıq uzun müddətdir ki, Azərbaycanı Naxçıvan və daha sonra Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi ideyasını irəli sürür.

“Əgər Moskva Cənubi Qafqaz gündəminə nəzarəti bərpa etməsə, nəticələr uzunmüddətli olacaq. Bu, artıq təkcə İrəvana və ya Bakıya təsirin itirilməsi demək deyil. Bu, ABŞ, Böyük Britaniya və Türkiyə kimi açıq şəkildə anti-Rusiya yönümlü aktorların regiona daxil olmasına imkan yaratmaq deməkdir”, – deyə Pinçuk bildirib və əlavə edib ki, əslində söhbət Rusiyanın Avrasiya geosiyasətinin əsas regionlarından birindən sıxışdırılıb çıxarılmasından gedir.

Tehsil-press.az

Oxşar xəbərlər