AMEA-nın yaradılmasının 75 illiyi münasibətilə kitab və buklet hazırlanacaq

AMEA-nın yaradılmasının 75 illiyi münasibətilə kitab və buklet hazırlanacaq 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 75 ili tamam olur. Bu dövr ərzində AMEA respublikada fundamental və tətbiqi elmin mərkəzinə çevrilərək, elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında, eləcə də elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanmasında mühüm rol oynayıb.
Akademiyanın 75 illik yubileyi ilə əlaqədar qurumun fəaliyyətinin geniş işıqlandırılması, bu mötəbər elm ocağının yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimlərin tanıdılması, eyni zamanda, elmin populyarlaşdırılması və cəmiyyətdə elmə marağın artırılması məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb. Sənədə əsasən, AMEA-nın üzvlərinə həsr olunan “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabının və Akademiya haqqında təfsilatlı məlumat bukletinin hazırlanaraq nəşr olunması nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər