Daha bir peyvənd insanlar üzərində sınaqdan keçirilməyə başlandı

Daha bir peyvənd insanlar üzərində sınaqdan keçirilməyə başlandı Hindistanda yeni tip koronavirus peyvəndinin kliniki sınaqlarına başlanıb.
Bu barədə "Clinicaltrialsarena.com" məlumat yayıb.
Xəbərə görə, "Zydus Cadila" dərman şirkətinin hazırladığı "ZyCoV-D" adlı peyvəndin ilk nümunələri könüllülərə tətbiq edilib. Birdən çox mərkəzdə aparılan sınağa mindən çox könüllü qatılıb.
Şirkətin Əhmədabad şəhərindəki peyvənd texnologiyası mərkəzində hazırlanan potensial COVID-19 peyvəndi heyvanlar üzərində aparılan sınaqlarda güclü immun sistemi reaksiyası oyandırmağı bacarır.
Qeyd edək ki, Hindistan Ümumi Əczaçılıq Müayinəsi 3 iyulda insanlar üzərində test keçirilməsinə icazə vermişdi.

Tehsil-press.az

Oxşar xəbərlər