Oksford peyvəndi təsirini göstərdi

Oksford peyvəndi təsirini göstərdi Oksfordun inkişaf etdirdiyi “AZD1222” peyvəndi 3-cü mərhələdə müsbət nəticələr göstərib.
Bu barədə Oksford Universitetinin vaksinoloq alimi Sara Gilbert açıqlama verib. O bildirib ki, peyvənd sınaqlarda virusa qarşı düzgün immun reaksiyanın yaranmasına müvəffəq olub. Onun sözlərinə görə, 3-cü mərhələdə ümumilikdə 8 min könüllü iştirak edib.
Gilbert peyvəndin nə vaxt hazır olacağına dair dəqiq bir tarix verə bilməyəcəyini, bunun sınaqlar tam nəticələndikdən sonra mümkün olacağını qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər