ABŞ-ın neft ehtiyatları azalır

ABŞ-ın neft ehtiyatları azalır Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 7,5 milyon barrel (1,4 faiz) azalaraq 531,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,1 milyon barrel geriləyəcəyi istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 5,7 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə 100 min barrel artaraq 656,1 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 3,1 milyon barrel (1,3 faiz) azalaraq 248,5 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 640 min barrel geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 4,8 milyon barrel azalmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər