ABŞ-ın neft ehtiyatları azalıb

ABŞ-ın neft ehtiyatları azalıb Birləşmiş Ştatların xam neft ehtiyatları azalır.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1,7 milyon barrel (0,4 faiz) azalaraq 433,2 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 2,2 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 9,3 milyon barrel çoxalmışdı. Beləliklə ABŞ-ın neft ehtiyatları ardıcıl 5 həftə artıqdan sonra yenidən geriləyib.
ABŞ-ın strateji neft ehtiyatları isə 1 milyon barrel (0,2 faiz) azalaraq 642,4 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 3,1 milyon barrel (1,4 faiz) geriləyərək 223,1 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,2 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,6 milyon barrel geriləmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər