Təhsil nazirinin müşaviri vəzifəsindən azad olundu

Təhsil nazirinin müşaviri vəzifəsindən azad olundu Təhsil nazirinin müşaviri Elnur Məmmədov vəzifəsindən azad olunub.
E.Məmmədov digər dövlət qurumunda aldığı təyinatla əlaqədar işindən ayrıldığını qeyd edib:
"Məlumat üçün bildirirəm ki, digər dövlət qurumunda aldığım təyinatla bağlı Təhsil Nazirliyində tutduğum vəzifədən azad olunmuşam.
Böyük təhsil ailəsinin üzvü olduğumdan qürur duyuram. Hesab edirəm ki, təhsildə çalışan hər bir insan bu sahəyə ömürlük bağlı olur. Bu mənada mən təhsil ailəsinin üzvü olaraq qalıram. Forumdakı fəaliyyətimi isə ictimai əsaslarla davam etdirəcəm.
İşlədiyimiz yerdən, tutduğumuz vəzifədən asılı olmayaraq hamımızın bir amalı var – doğma Vətənimizə xidmət etmək. Hər bir sahədə. Hər bir yerdə. Hər bir anda.
Bu ali missiyanın həyata keçirilməsində mən hamımıza uğurlar arzu edirəm!".
Qeyd edək ki, Elnur Məmmədov Təhsil nazirinin müşaviri vəzifəsinə 2018-ci ildə təyin olunmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər