Xəzər Universitetinin “Dünya məktəbi”ndə Misir Mədəniyyət Günü qeyd olunub
Universitetdən tehsil-press.az-a bildirilib ki, “Elçi daşı” layihəsi çərçivəsində həyata keçirilən tədbirin məqsədi xarici ölkələrin Azərbaycandakı səfirlikləri və mədəniyyət mərkəzləri ilə əməkdaşlıq qurmaq, şagirdləri ölkələrlə daha yaxından tanış etməkdir.
Tədbirdə Azərbaycan ilə Misirin müştərək mədəni əlaqələrindən söz açılıb.
Həmçinin qədim ərəb əfsanəsi “Leyli və Məcnun”un klassik ədəbiyyatımızda özünəməxsus yerindən söz açılıb. Şagirdlərin ifasında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasından səhnələşdirilmiş parçalar təqdim olunub. Eyni zamanda, uşaqların “Misir şagirdlərin gözü ilə” mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil edilib.