Rusiyanın daha bir şəhərində maska və əlcək məcburi oldu

Rusiyanın daha bir şəhərində maska və əlcək məcburi oldu Rusiyanın Sankt-Peterburq şəhərində də maska və əlcəklərlə bağlı qaydalar sərtləşdirildi.
Şəhərin qubernatoru Yevgeni Yelin bununla bağlı televiziya kanallarının birində danışıb. Onun sözlərinə görə, vətəndaşlara ictimai yerlərdə və nəqliyyatda maska və əlcəkdən istifadə məcburi olacaq. Bu qaydalar isə ciddi nəzarət altında olacaq. Şəhər sakinləri üçün metronun foyelərində fərdi qoruyucu vasitələr yerləşdiriləcək.
Xatırladaq ki, bundan əvvəl paytaxt Moskvada maska və əlcək məcburiyyəti tətbiq edilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər