Koronavirusla mübarizə tədbirləri çərçivəsində Milli Məclisin Səhiyyə komitəsi, ölkənin səhiyyə ictimaiyyəti və deputatların iştirakı ilə dinləmələr və sorğular keçirilib, təkliflər hazırlanıb.
Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda səsləndirib.
Akademik bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi və Səhiyyə Nazirliyi pandemiyaya qarşı mübarizədə əhalinin sağlamlığının qorunması, eləcə də sanitariya-epidemioloji salamatlıq haqqında hüquqi aktlar hazırlayır: “COVID-19 pandemiyasına dair Milli Məclisin bir çox komitələrində iclaslar keçirilib, birgə müzakirələr aparılıb, qanun layihələri hazırlanıb. Ümumilikdə bununla bağlı Milli Məclis tərəfindən 10 qanun layihəsi qəbul edilib”.
Tehsil-press.az