Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmizdə elm tutumlu sənayenin yaradılması və yeni texnologiyaların tətbiqi istiqamətində ciddi irəliləyişlər əldə edilir. Məqsədyönlü siyasət hesabına iqtisadiyyatımız rəqabət qabiliyyətinə görə öncül sıralara doğru yüksəlməkdədir. Bu inkişaf elm və təhsil sahəsində islahatların düzgün aparılması, dünya elm və təhsilinə inteqrasiya sahəsində görülən çoxşaxəli işlərlə əlaqədardır.
100 yaşlı Bakı Dövlət Universitetində (BDU) də son illərdə geniş elmi tədqiqatlar aparılır, uğurlu nəticələr əldə olunur. BDU-da elm və təhsil sahəsində aparılan işlər əsasən beynəlxalq donor strukturların qrant layihələri hesabına, respublikanın elm tutumlu sənaye sahələrinin və universitetin daxili imkanları hesabına yerinə yetirilir.
BDU-da elmin bir sıra sahələrində ciddi tətbiqi xarakterli fundamental tədqiqatlar da həyata keçirilir. Nanotexnologiya sahəsində aparılan işlərin xüsusi çəkisi son on ildə daha böyük olub. Universitetdə nanotexnologiya sahəsində aparılan elmi-tədqiqat işləri Web of Science Clarivate Analytics təşkilatının siyahısına daxil olan jurnallarda uğurla dərc edilir.
BDU-da nanotexnologiya istiqamətində fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov AZƏRTAC-a bildirib ki, onun rəhbərliyi ilə müxtəlif texnoloji üsullarla aktiv xassələrə malik nanohissəciklərin alınması, stabilləşdirilməsi, xassələri və tətbiq imkanlarının müəyyən edilməsi sahəsində uğurlu araşdırmalar aparılır. Bu istiqamətdə superparamaqnit xassəli və maqnit müqavimətinə malik nanokompozit strukturlar alınıb, onların texnikanın müxtəlif sahələrində tətbiqi imkanları araşdırılıb və bu nanokompozitlər xüsusi dövlət əhəmiyyətli sənaye yerlərində tətbiq olunub. Maqnit nanokompozit materialın quruluşlarında yaranan nəhəng maqnit müqaviməti və superparamaqnetizmin tədqiqi ilə əlaqədar elmi tədqiqat işləri ABŞ-in Mülki Araşdırmalar Mərkəzinin (CRDF) ayırdığı qrant layihəsi çərçivəsində ABŞ Massaçusets Texnologiya Universiteti ilə birgə yerinə yetirilib. Professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədov nanohissəciklərin canlı sistemlərə, əsasən bitkilərə, onların həyat qabiliyyətinə təsiri ilə bağlı tədqiqatlar apararkən müəyyən ediblər ki, nanohissəciklər bitki hüceyrələrinin membranından daxilinə diffuziya yolu ilə keçərək həmin hüceyrənin həyat fəaliyyətinin pozulmasına səbəb olur. Bu nəticələri onlar ilk dəfə İsveçrənin Elm Fondu tərəfindən maliyyələşdirilən SCOPES proqramı çərçivəsində Lozanna Politexnik Federal İnstitutunun professoru Andrei Sienkievicz ilə birlikdə əldə ediblər. BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasında professor M.Ramazanovun elmi rəhbərliyi ilə dosent Flora Hacıyeva və fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova 3-5 nm ölçülərində dəmir oksidi nanohissəciklərini mitsellərdə sintez edərək onları tibdə, sensor texnikasında aktiv material kimi uğurla istifadə ediblər. İlk dəfə olaraq maqnit nanohissəciklər əsasında radiodalğaları udan nanokompozit strukturlar hazırlanıb və uğurla sınaqdan keçirilib. Dəmir nanohissəciklərin səthinə şiş hüceyrələrinin inkişafına təsir edən dərman maddəsi kimya üzrə fəlsəfə doktoru Aynurə Kərimova tərəfindən yerləşdirilib və hazırda dərman nanohissəcik sisteminin sınağının aparılması planlaşdırılır. Bu tədqiqatlar əvvəllər professor M.Ramazanovun rəhbərliyi ilə İran və Almaniya alimləri ilə birlikdə aparılıb.
Professor M.Ramazanov və dosent İsmət Əhmədov şoran torpaqlarda bitkilərin inkişafına təsir edən nanohissəciklərin aşkar edilməsi, onların bioloji və fizioloji effektlərinin araşdırılması və bitkilərdə duzadavamlığın artırılmasına imkan verən tədqiqatlar aparıblar və müəyyən edilib ki, bitkilərin toxumlarını metal əsaslı nanohissəciklər ilə işləndikdən sonra duzluluğu müxtəlif olan torpaqlarda onların cücərmə qabiliyyəti artır və cücərtilər normal inkişaf edir. Tədqiqatlar zamanı nanohissəciklərin şoran mühitdə toxumların inkişafına təsir edən amilləri öyrənilib.
Professorlar M.Ramazanov, Sevinc Hacıyevanın rəhbərliyi və İtaliyanın La Sapienza Universiteti alimlərinin birgə iştirakı ilə müxtəlif texnoloji üsullarla bimetallik və trimetallik nanohissəciklər alınıb və onların sintezi və stabilləşməsinin optimal şəraitləri müəyyən edilib. Sintez olunan bimetallik və trimetallik nanohissəciklərin yüksək miqdarda nitratla çirklənmiş sularda onların katalitik-reduksiyaedicilik təsirləri tədqiq edilib. Müəyyən olunub ki, nanohissəciklər çox böyük sürətlə nitrat ionlarını reduksiya edərək su nümunələrin təmizlənməsinə gətirib çıxarır. Bu texnoloji nəticələr yeyinti sənayesində uğurla tətbiq edilə bilər və ekoloji tarazlığın bərpası üçün böyük əhəmiyyətə malikdir. Alınmış elmi nəticələr yüksək təsir indeksinə malik “Nanomaterials” jurnalında dərc edilib. Professor M.Ramazanovun rəhbərliyi ilə geniş spektral-həssaslıq xassələrinə malik müxtəlif fotolüminessent nanohissəciklərin polimer matrisada alınması texnologiyası işlənib və göstərilib ki, yarımkeçirici nanohissəciklərin sintezi zamanı ölçüləri homogen olan polimer nanokompozit strukturlar və onların əsasında müxtəlif təyinatlı sensorlar almaq olar. Kumamoto Universitetinin professoru Hirokata İharanın və professor M.Ramazanovun rəhbərliyi ilə müxtəlif metal oksidlərinin nanohissəciklərinin səthi müəyyən texnoloji əməliyyatlar vasitəsilə karbonlaşdırılıb və səthi karbonla örtülmüş aktiv xassələrə malik nanohissəciklər sintez olunub. İlkin tədqiqatların nəticələri, “Chemstry: A Europian Journal” və 5,16 təsir indeksinə malik jurnalda dərc edilib. Bu tədqiqatların çox böyük perspektivi var. Səthi karbonlaşdırılmış nanohissəciklərə müxtəlif aktiv xassələrə malik digər maddənin molekullarını tikmək mümkündür. Hazırda aparılan tədqiqatlar bu sahədə böyük uğurların olacağı ümidini yaradır. Son zamanlar texnikanın sürətli inkişafı maye kristal displeylərin texniki xassələrinin davamlı yaxşılaşdırılmasını tələb edir. Bu məsələnin ən effektli texnoloji həlli yollarından biri maye kristallarla yüksək spontan polyarlaşmaya malik olan seqnetoelektrik nanohissəciklərin xassələrini konstruktiv şəkildə uzlaşdırmaqdır. Tədqiqat işləri professor M. Ramazanovun və A.İmamverdiyevin rəhbərliyi ilə Şirxan Hümbətov tərəfindən yerinə yetirilib.
Nanotexnologiya istiqamətində apardığı tədqiqat işlərinin nəticələrinin Web of Science Clarivate Analytics sistemində yeni nanomaterialların alınması və tədqiqi ilə əlaqədar dərc etdirdiyi məqalələrə görə professor Məhəmmədəli Ramazanov 2018-ci ildə Web of Science sistemində ən məhsuldar müəllif nominasiyası üzrə qalib olub.
Professor Məhəmmədəli Ramazanovun sədrliyi, Təhsil Nazirliyinin, Bakı Dövlət Universitetinin, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Dubna, Rusiya), STAR-NET Nüvə texnologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkəsinin (Avstriya) və La Sapienza Universitetinin (İtaliya) birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Fizikaya müasir baxış” mövzusunda beynəlxalq elmi konfransın seçilmiş materialları Web of Science Clarivate Analytics sisteminə indekslənməyə qəbul edilib. BDU-nun 100 illik yubileyinə həsr olunmuş bu konfransın materiallarının Web of Science Clarivate Analytics sisteminə daxil edilməsi universitet fiziklərinin BDU-nun yubileyinə ən yaxşı hədiyyəsidir.
Tehsil-press.az