Polimer Materialları İnstitutu əməkdaşlarının məqalələri “Scopus” bazasına daxil olan jurnallarda dərc edilib

Polimer Materialları İnstitutu əməkdaşlarının məqalələri “Scopus” bazasına daxil olan jurnallarda dərc edilib COVID-19 pandemiyası dövründə AMEA-nın Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri, professor Nəcəf Qəhrəmanovun rəhbərliyi altında 4 məqalə çap olunub.
Məqalələr “Scopus” beynəlxalq elmi bazasına daxil olan “Inorganic Materials: Applied Research”, “İzvestiya vısşix uçebnıx zavedeniy. Seriya “Ximiya i Ximiçeskaya Texnologiya” və “Polymer Science, Series D” jurnallarında dərc edilib.
“Inorganic Materials: Applied Research” jurnalında dərc olunmuş iki məqalə azyanan polimer kompozitlərin alınması və xassələrinin təyin edilməsi haqqındadır. “İzvestiya vısşix uçebnıx zavedeniy. Seriya “Ximiya i Ximiçeskaya Texnologiya” jurnalında verilən məqalədə alüminium tozunun poliolefinlərin kristallaşma prosesinin kinetik qanunauyğunluğuna və mexanizminə təsiri öyrənilib. Poliolefinlərin funksionallaşdırılması və nanohissəciklərin appretləşdirilməsi prosesinin hibrid-hellərin formalaşma mexanizminə təsirinin tamamilə yeni yanaşmalarla verildiyi məqalə isə “Polymer Science, Series D” jurnalında işıq üzü görüb.

Tehsil-press.az

Oxşar xəbərlər