Hökumətin yanında fəaliyyət göstərən Fransa Elmi Şurası yaxın aylarda ölkənin COVID-19-un ikinci dalğası ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
"Payızda və ya qışda epidemiyanın ikinci dalğasının alovlanma ehtimalı yüksəkdir", - deyə “Le Figaro” qəzeti Şuranın açıqlamasından sitat gətirib.
Mütəxəssislər "Fransada vəziyyət nəzarət altında olsa da, çox kövrəkdir", "yaxın gələcəkdə epidemiyanın necə inkişaf edəcəyi daha çox vətəndaşlardan asılıdır" kimi ifadələr də işlədirlər.
Fransanın Baş Naziri Jan Castex koronavirus bütün ölkədə yayıldığına görə, vətəndaşları arxayınlaşmamağa və sayıqlığı itirməməyə çağırıb.
“Worldometers” portalının verdiyi məlumata görə, COVID-19 xəstəliyi başlanılandan bəri Fransada xəstəliyə 190 mindən çox yoluxan olub və onlardan 30 minə yaxını vəfat edib.
Tehsil-press.az