İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı “Open Computer Science” jurnalına rəyçi seçilib

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı “Open Computer Science” jurnalına rəyçi seçilib AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Open Computer Science” jurnalına rəyçi seçilib.
Dünyanın “Scopus” və “Web of Science” kimi elmi bazalarda indeksləşən “Open Computer Science” jurnalı alqoritmlər nəzəriyyəsi, süni intellekt, bioinformatika, şəbəkə və təhlükəsizlik sistemləri, proqramlaşdırma dilləri, sistem və proqram mühəndisliyi, kompüter elminin nəzəri əsasları kimi istiqamətlərdə mühüm tədqiqat nəticələrini təqdim edir.
Jurnal, həmçinin “Inspec”, “CNKI”, “DOAJ”, “EBSCO”, “Google Scholar”, “Microsoft Academic” və s. tanınmış beynəlxalq bazalarda indeksləşir və referatlaşır.

Tehsil-press.az

Oxşar xəbərlər