Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə “Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği” layihəsi çərçivəsində seminar keçirilib.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, seminarda BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə layihənin əhəmiyyətindən, gənc alim və tədqiqatçılara dünyada gedən elmi proseslərin iştirakçılarına çevrilməsi istiqamətində yaradılan imkanlardan bəhs edib.
Cəmiyyətin sədri, fəlsəfə doktoru İlqar Orucov rəhbərlik etdiyi qurumun fəaliyyəti, ölkəmizdə elmin, təhsilin inkişafı və innovasiyaların yaradılması istiqamətində dövlət başçısının həyata keçirdiyi islahatlar barədə məlumat verib. O, eyni zamanda, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Sonra layihənin ekspertləri fəlsəfə doktorları Ruslan Rəhimlinin “Open Science - elmin inkişafı üçün yeni konsepsiyalar”, Rahil Nəcəfovun “İndeksli elmi jurnallara çıxış imkanlarını necə əldə etmək”, Sevinc Ədilovanın “Açıq tədqiqat materialları” mövzularında təqdimatları dinlənilib, müzakirələr aparılıb.
Sonra seminar iştirakçılarına sertifikatlar verilib.

BDU-nun Mətbuat Xidməti