Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.
Həftədə 4 gün təşkil ediləcək məktəbəhazırlıq qruplarında ümumilikdə 12 məşğələ keçiriləcək.
Gün ərzində isə 3 məşğələ olacaq. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə olacaq. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir. Məktəbəhazırlıq qruplarında ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət məşğələləri tədris ediləcək. Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.
Tehsil-press.az