Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlanacaq

Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlanacaq Məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlanması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidir.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.
Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün uşağın mübadilə vərəqini (sağlamlığı haqqında tibbi arayışı (forma 26U) məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.

Tehsil-press.az

Oxşar xəbərlər