Məktəbəhazırlıq qrupları yeni tədris ilinə hazırdır

Məktəbəhazırlıq qrupları yeni tədris ilinə hazırdır Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb.
Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri təşkil olunub.

SEVİNC

Oxşar xəbərlər