“Virtual məktəb”də müəllimlər üçün növbəti STEM təlimi

“Virtual məktəb”də müəllimlər üçün növbəti STEM təlimi “Virtual məktəb”də müəllimlər üçün STEM təlimləri davam edir.
Avqustun 27-də “Microsoft Hacking STEM dərsləri” mövzusunda təlim keçiriləcək. Təlim zamanı təlimçi-müəllimlər tərəfindən real həyat problemlərinin həllinə yönəlmiş “Alternativ enerji mənbəyi - limon batareyası” və “Fənər” dərsləri nümayiş olunacaq, müxtəlif materiallardan onların hazırlanması qaydası izah ediləcək. Eyni zamanda, bu dərslərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn real həyat problemlərini həll etməsi və şagirdlərdə müvafiq bacarıqları formalaşdırması məsələsi müzakirə olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər