Azərbaycan İlahiyyat İnstitutuna islamşünaslıq ixtisası üzrə qəbul olunmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur. Bu gün 2020/2021-ci tədris ili üçün Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyatı başlanıb.
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak üçün sentyabrın 2-si saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin saytında (https://eservices.dim.gov.az/erizebak/dpk/?frm=egov) müvafiq pəncərədən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.
Dini-Psixoloji Komissiya (DPK) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədilə yaradılır və tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, psixoloqlar və DİM-in əməkdaşları daxil edilirlər. Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları müsahibə əsasında müəyyənləşdirilir.
Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir. Məqbul qiymət alan abituriyentlər DİM tərəfindən keçirilən islamşünaslıq ixtisası üzrə ixtisas seçimində iştirak edə bilərlər. İmtahandan məqbul alan abituriyentlər DİM-in müəyyənləşdirdiyi vaxtda ixtisas seçərək ərizələrini təsdiq etməlidirlər. Əks halda, həmin abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Xatırladaq ki, qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərinə (müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər) uyğun olduqları halda müsahibəyə buraxılırlar.
Tehsil-press.az