Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin “İslamşünaslıq” ixtisasına müsahibə başlayıb. Müsahibə avqustun 2-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılan Dini-Psixoloji Komissiya abituriyentlərin dünyagörüşü səviyyəsini, psixoloji vəziyyətini, yaradıcı təfəkkürü, insanlarla ünsiyyət bacarığı və islamşünaslıq ixtisasına maraqlarını müəyyənləşdirərək qiymətləndirir.
Xatırladaq ki, qabiliyyət imtahanına buraxılış üçün 150 bal müəyyənləşdirilib. Ümumilikdə 131 abituriyent qeydiyyatdan keçib.
Dini-Psixoloji Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutun və DİM-in əməkdaşları daxil edilib.
Qabiliyyət imtahanı Bakı şəhəri, Əhməd Cəmil, 41/A ünvanında – Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçirilir.
Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Aİİ Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmasını təmin etmək məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəaliyyət göstərir. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, habelə dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər tədris olunur.

Aİİ-nin Mətbuat Xidməti