İtkin düşmüş ingilis diplomatın cəsədi tapılıb

İtkin düşmüş ingilis diplomatın cəsədi tapılıb İtkin düşmüş ingilis diplomat Riçard Morrisin cəsədi tapılıb.
May ayının 6-dan yoxa çıxan 52 yaşlı diplomatın cəsədi Hempşirdə yerləşən bir meşədə aşkar edilib. O, son dəfə Alton ərazisində qaçarkən kameralarda görünüb.
Polis daha əvvəl Morrisin qaçmaqdan zövq aldığı meşədə axtarış aparsa da, heç bir izə rast gəlməyib.
Qeyd edək ki, üç uşaq atası Morris, 2019-cu ilədək (dörd il) İngiltərənin Nepalda səfiri olub. İtkin düşməzdən əvvəl o, Ficiyə İngiltərənin Ali Komissarı təyin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər