FHN: İtkin düşmüş alpinistlərin axtarışları 2700-3000 m yüksəklikdə aparılır

FHN: İtkin düşmüş alpinistlərin axtarışları 2700-3000 m yüksəklikdə aparılır Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları bu gün davam edib.
Əməliyyatda FHN-nin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak edib.
Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.
Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır.
Əlavə məlumat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər