Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusun Varşava ilə Berlin arasındakı telefon danışıqlarını ələ keçirdiyini açıqlayıb. O qeyd edib ki, bu danışıqlar Almaniya kansleri Angela Merkelin Aleksey Navalnı ilə bağlı açıqlamasının saxta olduğunu sübut edir.
Lukaşenko bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustinlə görüşü zamanı açıqlama verib.
“Dünən və ya srağagün, dəqiq xatırlamıram, Merkelin çıxışından əvvəl bir danışığı ələ keçirdik. Belə başa düşdük ki, Varşava Berlinlə telefonla danışır. Xəttə iki abunəçi əlaqə saxlayır. Radioelektron hərbi kəşfiyyatımız ələ keçirib. Maraqlı söhbəti ələ keçirdik, hansı ki, açıqlamanın saxta olduğunu göstərir”,- deyə Lukaşenko qeyd edib.
O əlavə edib ki, yaxın gələcəkdə Belarus məlumatları FSB-yə göndərəcək.
Qeyd edək ki, daha əvvəl Almaniyanın Nazirlər Kabineti Aleksey Navalnının orqanizmində “Noviçok” qrupuna aid maddənin tapıldığını bildirmişdi. Rusiya hökuməti isə öz növbəsində, Navalnının Almaniyaya aparılmasından əvvəl bədənində zəhərli maddə izinin aşkarlanmadığını qeyd edib.
Tehsil-press.az