Almaniya Aleksey Navalnının zəhərlənməsi ilə bağlı məsələni NATO və AB tərəfdaşları ilə müzakirə edəcək.
Bununla bağlı hökumətin bəyanatında deyilir ki, tərəflər Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsini istisna etmirlər.
Mümkün birgə sanksiyalar alman həkimlər tərəfindən Navalnının orqanizmində "Noviçok" qrupuna aid toplu maddə izləri aşkar ediləndən sonra gündəmə gəlib. Bəyanatda göstərilir ki, gün ərzində Almaniya kansleri Angela Merkel maliyyə, xarici və daxili işlər, ədliyyə və müdafiə nazirləri ilə vəziyyəti müzakirə edib. Qeyd edilir ki, onlar bu məsələ ilə bağlı gələcək addımları razılaşdırıblar.
Sənəddə deyilir:" Aleksey Navalnı Rusiyada kimyəvi sinir-paralitik döyüş maddələrindən istifadənin qurbanı olub. AFR hökuməti baş verənlərlə bağlı Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı ilə əlaqə saxlayacaq".
Artıq hadisə ilə bağlı Rusiyanın Almaniyadakı səfirini AFR XİN-ə çağırıblar.
Tehsil-press.az