Təhsil Nazirliyi vakansiyalar elan etdi

Təhsil Nazirliyi vakansiyalar elan etdi Bu ilin 31 avqust - 4 sentyabr tarixlərində Azərbaycan dili (dövlət dili kimi), alman dili, ingilis dili, kimya, riyaziyyat və texnologiya fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.
Kimya fənni üzrə ümumi təhsil müəssisələrinə keçid balı 30, digər fənlər üzrə isə 36 müəyyənləşdirilib.
Namizədlər 10 sentyabr saat 14:00-dan 11 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.
Qeyd edək ki, 31 avqust - 4 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apelyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Tehsil-press.az

Oxşar xəbərlər