Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib Dövlət İmtahan Mərkəzində (DİM) sentyabrın 9-da TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 12 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn öyrənə bilərlər.
Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə TOEFL iBT Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir.
Növbəti TOEFL iBT imtahanının sentyabrın 23-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı linkdən əldə etmək olar: http://dim.gov.az/activities/exams/toefl/

Tehsil-press.az

Oxşar xəbərlər