TOEFL imtahanında 7 nəfər iştirak edib

TOEFL imtahanında 7 nəfər iştirak edib Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib.
İmtahan mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanda 7 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan nəticələrini 6 gün sonra onlayn şəkildə öyrənmək mümkün olacaq.
Qeyd edək ki, növbəti TOEFL imtahanının fevralın 15-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/

Tehsil-press.az

Oxşar xəbərlər